Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ukraynanın nüfuzlu telekanalı Şuşadan xüsusi reportaj yayımlayıb - VİDEO

Baxış: 310
Ukraynanın nüfuzlu telekanalı Şuşadan xüsusi reportaj yayımlayıb.
“Ukrayna” telekanalının xəbərlər proqramında Şuşaya ezam olunan müxbiri görülən quruculuq işlərindən danışıb. Şuşada ilk çörək sexində olan ukraynalı jurnalist orada yaradılan yüksək şəraiti qeyd edib. Reportajda həmçinin Azərbaycan ordusunun Şuşanın azad olunması uğrunda rəşadətli döyüşü haqqında maraqlı faktlar qeyd olunub, xüsusi təyinatlılarımızın göstərdiyi qəhrəmanlıqlar vurğulanıb.
Bundan başqa, reportajda ərazilərin minalardan təmizlənməsi, magistral yolların çəkilişi, elektrik stansiyasının tikintisi barədə də ətraflı məlumat verilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.