Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

ABŞ-dan Belarusun Ukrayna ilə sərhədini bağlamasına REAKSİYA

Baxış: 337

“Belarus səlahiyyətliləri Ukrayna ilə sərhədi bağlamaqla diqqəti ölkələrindəki insan haqları pozuntularından yayındırmağa çalışır”.
“Reuters” xəbər verir ki, bu barədə ABŞ Administrasiyası məlumat verib.
Ağ Ev rəsmisi deyib ki, Belarus xalqını dəstəkləməyə və rejimi cavabdeh tutmağa davam edəcəyik.
Eyni zamanda, brifinq zamanı Ağ Evin mətbuat katibi Cen Psaki ABŞ-ın reaksiyası ilə bağlı suala birbaşa cavab verməyib:
“Son bir neçə həftə ərzində Avropadan olan tərəfdaşlarımızla koordinasiyalı olaraq (Belarusa qarşı) bir sıra sanksiyalar tətbiq etdik. Brifinqdən əvvəl bu mesajları görmədim, milli təhlükəsizlik komandamızla danışacağam”.
Xatırladaq ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna ilə dövlət sərhədinin bağlanması barədə göstəriş verib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.