Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

ABŞ-da peyvənd olanlar maskalarını çıxara biləcək

Baxış: 643
ABŞ Prezidenti Co Bayden (Joe Biden), yeni növ koronavirusa qarşı tamamilə peyvənd olunan şəxslərin maska taxmasına gərək olmadığını bildirib.
O, "İndi qayda çox sadədir, peyvənd olun maska taxmayın ya da olana qədər maskanızı taxın" deyib. 
"Bu gün ABŞ-da koronavirüs ilə mübarizəmizdə möhtəşəm bir gündür" deyən Bayden, "ABŞ Xəstəliklər ilə Mübarizə və Tədbirlər Mərkəzi, tamamilə peyvənd edilən şəxslərin artıq maska taxmaq zəruriliyi olmadığını açıqladı" ifadəsini istifadə edib.
Bayden, bu qərarın ardında peyvəndləmədəki müvəffəqiyyətlərinin olduğunun vurğulayaraq, "114 gündə 250 milyon doza peyvənd etdik. Bunun nəticələrini də görürük. 50 ştatdan 49-unda yoluxma düşüb" deyib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.