Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Zəngəzurun taleyini dəyişəcək addım – Təsdiqə göndərirlər

Baxış: 90
Zəngəzurun taleyini dəyişəcək addım – Təsdiqə göndərirlər


Ermənistan hakimiyyəti Zəngəzur dəhlizi ilə bağlı mühüm addım atmağa hazırlaşır.

Zəngəzur dəhlizi layihəsinə dair sazişin oktyabr ayı ərzində ratifikasiya üçün ölkə parlamentinə təqdim edilməsi planlaşdırılır.

Bunu Ermənistan xarici işlər nazirinin müavini Robert Abisoqomonyan açıqlayıb.

Nazir müavini bildirib ki, sənədin parlamentə təqdim olunmasının dəqiq tarixi hələ müəyyənləşdirilməyib.

“Dəqiq müddət deyə bilmərəm. Düşünürəm ki, təxminən oktyabr ayı ərzində və ya ayın sonunadək təqdim olunması planlaşdırılır”, – deyə Abisoqomonyan vurğulayıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.