Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İsrail prezidenti Azərbaycana gələcək – Bakı dialoq platformasına çevrilir?

Baxış: 72
İsrail prezidenti Azərbaycana gələcək – Bakı dialoq platformasına çevrilir?


İsrail prezidenti İsxak Hersoqun oktyabrın 14-də Azərbaycana rəsmi səfər edəcəyi bildirilir. İsrail mediasının yaydığı məlumata görə, səfər təxminən 24 saat davam edəcək. Səfər proqramı və keçiriləcək görüşlərlə bağlı hələlik əlavə təfərrüat açıqlanmayıb. Rəsmi Bakı da bu barədə məlumat yaymayıb.

Diqqətçəkən məqam budur ki, Hersoqun mümkün səfəri barədə xəbərlərdən əvvəl — oktyabrın 12-də — İranın daxili işlər naziri İsgəndər Momeni Azərbaycana gəlib. Prezident İlham Əliyev onu qəbul edib. Görüşdə regional gərginliyin azaldılması istiqamətində aparılan danışıqlar barədə fikir mübadiləsi aparılıb. Momeni davam edən danışıqlar barədə dövlət başçısına məlumat verib, İlham Əliyev isə Yaxın Şərqdəki gərginliyin danışıqlar yolu ilə həllinə ümid etdiyini bildirib.

Musavat.com-un siyasi kulislərdə dolaşan məlumatlara əsaslanan ehtiyatlı qənaətinə görə, Hersoqun mümkün səfəri Bakı platformasının regional dialoq və danışıqlar üçün yenidən aktuallaşması ilə bağlı ola bilər. Azərbaycanın Türkiyə və İsrail arasında təmaslara ev sahibliyi etməsi barədə daha əvvəl də məlumatlar yayılıb.

Bakı İran, İsrail və ABŞ arasında mümkün təmaslar üçün də münasib məkan kimi nəzərdən keçirilə bilər. Lakin hazırda Hersoqun səfərinin bu məqsəd daşıdığını təsdiqləyən rəsmi məlumat yoxdur. Bu ehtimalı səfərin mümkün diplomatik çərçivəsinə dair kulis mülahizəsi kimi qiymətləndirmək daha doğru olar.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.