Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ruslar donuzdan sürətlə imtina edir – Hinduşkaya tələbat artdı, bu səbəbə görə

Baxış: 63
Ruslar donuzdan sürətlə imtina edir – Hinduşkaya tələbat artdı, bu səbəbə görə


Rusiyada ət istehlakında diqqətçəkən dəyişiklik baş verir. Alıcılar mal və donuz ətindən daha çox quş ətinə, xüsusilə hinduşkaya üstünlük verməyə başlayıblar.

Analitiklərin məlumatına görə, 2026-cı ilin ilk 6 ayında Rusiyada hinduşka əti satışı ötən ilin eyni dövrü ilə müqayisədə 17 faiz artaraq 42 min tona çatıb. Pul ifadəsində isə bazarın həcmi 22 faiz böyüyüb.

Toyuq filesinin satışı da artıb. Altı ay ərzində satış 5,2 faiz yüksələrək 325,3 min tona çatıb.

Bunun əksinə olaraq, mal və donuz ətindən hazırlanan steyklərin satışı azalıb. Mal əti steyklərinin satışı 7,5 faiz azalaraq 6,7 min tona, donuz əti steyklərinin satışı isə 24,2 faiz geriləyərək 11,2 min tona düşüb.

Bazar iştirakçılarının sözlərinə görə, hinduşkaya marağın artmasının əsas səbəblərindən biri onun daha münasib qiymətə olmasıdır. Hinduşka mal ətindən xeyli ucuzdur. Eyni zamanda yüksək zülal və az yağ tərkibli məhsullara artan maraq da alıcıların seçiminə təsir göstərir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.