Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Gələn həftə Qrenlandiya ilə bağlı üçlü müqavilə imzalanacaq

Baxış: 45
Gələn həftə Qrenlandiya ilə bağlı üçlü müqavilə imzalanacaq


Danimarka, Qrenlandiya və ABŞ gələn həftə Arktika və Şimali Atlantikada təhlükəsizliyi gücləndirəcək bir müqavilə imzalamağı planlaşdırırlar.

Məlumat Danimarka hökumətinin veb saytına yerləşdirilib. Bildirilir ki, üç ölkənin hökumətlərinin gələn həftə BMT Baş Assambleyasının iclası çərçivəsində müqavilə imzalaması gözlənilir. İmzalandıqdan sonra müqavilə qüvvəyə minməzdən əvvəl lazımi parlament prosedurlarından keçməlidir.

Qrenlandiya hökumətinin rəhbəri Yens-Frederik Nilsen müqavilə ilə bağlı açıplama verib: "Qrenlandiyanın, Danimarka Krallığının, ABŞ-ın və Qərb alyansının təhlükəsizliyini təmin edən və gücləndirən bir razılaşmaya yaxınlaşdığımızdan məmnunam. Saziş Qrenlandiyanın maraqlarını və beynəlxalq əməkdaşlıqdakı yerimizi tanıyır. Bu, hamımız üçün faydalıdır".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.