Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Pentaqon İranla müharibədəki itki sayını azaldır – Nüfuzlu qəzet israr edir

Baxış: 72
Pentaqon İranla müharibədəki itki sayını azaldır – Nüfuzlu qəzet israr edir


"The Washington Post" (WP) qəzeti Pentaqonun İrana qarşı müharibədə ABŞ ordusunun rəsmi itki rəqəmlərini az göstərməsi ilə bağlı xəbərlərinin dəqiq olduğunu israrla bəyan edib.

Bundan əvvəl qəzet İranla münaqişədə Pentaqonun rəsmi açıqladığı 18 deyil, 22-23 ABŞ hərbçisinin, 3-4 nəfər isə tərəfdaş şirkət əməkdaşının öldürüldüyünə dair məlumat yayıb. Ardınca Pentaqon rəhbəri Pit Heqset məlumatı yalan və böhtan adlandırıb.

Qəzet isə bir daha məsələyə qayıdaraq yaydığı məlumatın doğru olduğunu elan edib: "Pentaqonun daxili itki məlumatları ilə tanış olan ABŞ rəsmilərindən alınan məlumatlara əsaslanaraq bu eksklüziv hesabatın doğruluğunu təsdiqləyirik. Nəşrimizdə qeyd edildiyi kimi, Pentaqon itki rəqəmlərindəki uyğunsuzluqlarla bağlı "The Washington Post"un suallarını cavablandırmaqdan imtina etdi".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.