Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Ümid edirəm ki, İranla müharibənin sonuna yaxınlaşırıq”

Baxış: 99
“Ümid edirəm ki, İranla müharibənin sonuna yaxınlaşırıq”


“Ümid edirəm ki, İranla müharibənin sonuna yaxınlaşırıq”.

“Bunu ABŞ Prezidenti Donald Tramp Şimali Karolinada keçirilən tədbirə qatılmaq üçün təyyarədən enərkən jurnalistlərin suallarını cavablandırarkən deyib.

İranın razılığa gəlmək istədiyini deyən Tramp Tehrandan birbaşa əlaqə yaradıldığını vurğulayıb.

ABŞ-nin İranla müharibənin hansı mərhələsində olduğu barədə suala cavabında isə Tramp deyib ki, müharibənin sonuna yaxınlaşdıqlarına ümid edir.

O, İranın razılaşmaq istədiyini bildirib: “İran, həqiqətən, razılığa gəlmək istəyir, görək bu proses necə bitəcək”.

ABŞ Prezidentindən İrandan birbaşa, yoxsa vasitəçilər üzərindən xəbər aldığı soruşulduqda isə o, “birbaşa xəbər” aldığını söyləyib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.