
Gecə saatlarında Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Çuvaşiya Respublikasının ərazisinə hücum təşkil edib.
Çuvaşiya qubernatoru Oleq Nikolayev hücum nəticəsində mobil rabitə qülləsinə ziyan dəydiyini bildirib. Qubernatorun sözlərinə görə, insident zamanı insan tələfatı və ya yaralanan olmayıb.
Bu hücumla yanaşı, Rusiya Teleqram kanallarının və rəsmi mənbələrin yaydığı məlumata görə, Rusiya Hava Hücumundan Müdafiə (HHM) qüvvələri Tatarıstanın Aşağı Kama (Nijnekamsk) rayonuna qarşı həyata keçirilən kütləvi PUA hücumunu dəf edib.
Müvafiq qurumlar hazırda regionda dron təhlükəsinin tam aradan qaldırıldığını bəyan ediblər.







































