
İsrail kəşfiyyatının son qiymətləndirmələrinə görə, Tehran regional müttəfiqləri ilə əlaqələndirilmiş şəkildə İsrailə qarşı genişmiqyaslı hücum həyata keçirməyi planlaşdırır.
Bu barədə "Jerusalem Post" nəşri məlumat yayıb.
İsrail kəşfiyyatı və hərbi mənbələrindən sızan məlumatlara əsasən, İran hökuməti İsrailə qarşı eyni vaxtda dördtərəfli hərbi əməliyyat keçirmək məqsədilə "Hizbullah", HƏMAS və husi qüvvələri ilə sıx koordinasiya aparır.
Hücumun əsas məqsədinin İsrailin hava hücumundan müdafiə sistemlərini eyni anda bir neçə cəbhədən intensiv raket və dron zərbələri ilə həddindən artıq yükləyərək sıradan çıxarmaq, beləliklə də ölkədə dərin təhlükəsizlik böhranı yaratmaq olduğu bildirilir.
Xəbərdə vurğulanır ki, hazırlanan bu koordinasiyalı hücum planı 2023-cü il oktyabrın 7-də reallaşdırılan çoxşaxəli hücum ssenarisi ilə oxşar strategiyaya əsaslanır.





































