Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

ABŞ-la Venesuela arasında strateji neft müqaviləsi imzalandı - DETALLAR

Baxış: 72
ABŞ-la Venesuela arasında strateji neft müqaviləsi imzalandı - DETALLAR


Vaşinqton administrasiyası Venesuela ilə neft ehtiyatlarının ABŞ-ın nəzarətinə verilməsini nəzərdə tutan müqavilə imzalayıb.

Məlumatı prezident Donald Tramp Truth Social-da açıqlayıb: “ABŞ bu yaxınlarda Venesuela ilə dünya tarixində ən böyük neft müqaviləsi olan bir müqavilə bağladı. Mənim göstərişimlə Dövlət katibi Marko Rubio və Müdafiə naziri Pit Heqset, Venesuela Prezidenti Delsi Rodrigez ilə sıx əməkdaşlıq və özəl müəssisələrlə tərəfdaşlıq edərək, Venesuelanın təsdiqlənmiş neft ehtiyatlarının 65 milyard bareldən çoxunun Amerika vergi ödəyicilərinə heç bir xərc olmadan ABŞ nəzarətinə keçirilməsini təmin etdilər”.

O, əlavə edib ki, ABŞ bununla da öz neft ehtiyatlarını “ikiqatdan çox” artıracaq və bu da ölkədə “benzinin qiymətini əhəmiyyətli dərəcədə azaldacaq”.

Daha sonra Delsi Rodrigez öz Telegram kanalında müqavilənin detallarını açıqlayıb. Onun sözlərinə görə, ABŞ və Venesuela arasında əldə edilən neft əməkdaşlığı müqaviləsinə 17 neft yatağının işlənməsi daxildir: "Saziş özəl operatorların iştirakı ilə neft hasilatını əhəmiyyətli dərəcədə artıracaq. Bu, 65 milyard barel neft potensialına malik 17 strateji yatağın işlənməsini, 100 milyard dollardan çox investisiya qoyuluşunu və dövlət üçün 209 milyard dollardan çox vergi gəlirlərinin təmin edilməsini nəzərdə tutur".

Venesuela hakimiyyət orqanlarının məlumatına görə, saziş "ölkənin iqtisadi artımına, Qərb yarımkürəsinin enerji təhlükəsizliyinə və beynəlxalq bazarlarda daha böyük tarazlığa" töhfə verir.
ABŞ dövlət katibi Marko Rubio hesab edir ki, neft sazişi Venesuelaya təxminən 100 milyard dollar özəl investisiya cəlb edəcək. Onun X-də yazdığına görə, sazişlər ABŞ-a "aşağı qiymətə sabit neft ehtiyatları əldə etməyə və benzin qiymətlərini aşağı salmağa" imkan verəcək: "Venesuelalılara gəldikdə isə, bu saziş təxminən 100 milyard dollar özəl investisiya cəlb edəcək, minlərlə yüksək maaşlı iş yerini dəstəkləyəcək və Venesuelanın iqtisadi bərpasına təkan verəcək".

Qeyd edək ki, bu müqavilə ABŞ-a dünya neft bazarında qiymətlərə böyük təsir imkanı yaradır. Venesueala dünyada neft ehtiyatlarına görə birinci yerdədir. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.