Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Fransadan növbəti anti-Azərbaycan addım

Baxış: 81
Fransadan növbəti anti-Azərbaycan addım


Erməni diasporasının Parisdə Azərbaycana qarşı keçirəcəyi küçə aksiyasına Paris meriyası ciddi dəstək verir

Erməni diasporası Azərbaycanın əleyhinə Avropanın iki mühüm paytaxtında – Paris və Praqada aksiyaya hazırlaşır.  “Alpha News” xəbər verir ki, planlaşdırılan iki fərqli tədbir mahiyyət etibarilə Bakıya qarşı revanşist siyasi xəttin Avropaya daşımaq məqsədi güdür.

Bildirilir ki, Fransanın paytaxtı Parisdə avqustun 31-dən sentyabrın 4-dək Azərbaycanda tərətdikləri ağır cinayətlərə görə məhkum edilən erməni hərbi-siyasi şəxslərin portretlərindən ibarət küçə sərgisi keçiriləcək. Sərginin rəsmi açılışı sentyabrın 2-nə nəzərdə tutulub.Tədbirin təşəbbüskarları arasında Paris merinin müavini Odri Pülvar, Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədrləri Ara Toranyan və Murad Papazyanın adı çəkilir. Göründüyü kimi, anti-Azərbaycan aksiyası yalnız diaspor tədbiri çərçivəsində qalmır, Bakıya qarşı düşmənçilik siyasətini davam etdirən Fransanın siyasi dairələrindən də dəstək var.
“Sərginin” əsas məqsədi isə açıq şəkildə humanitar mövzu üzərindən Azərbaycan əleyhinə ictimai rəy formalaşdırmaqdır. Erməni tərəfi Bakıda saxlanılan şəxslərin taleyini ön plana çıxararaq Qarabağ mövzusunu Avropanın gündəmində yenidən aktuallaşdırmağa çalışır.
Maraqlıdır ki, Çexiya paytaxtında isə Azərbaycanın Qarabağla bağlı mövqeyi və Bakının “Qərbi Azərbaycan” adlandırdığı konsepsiyanı təbliğ edən sərgi nümayişi başlayıb. Erməni mediası bu sərgini Azərbaycan tərəfindən Avropada tarixi və siyasi narrativlərin sistemli şəkildə yayılması cəhdi kimi təqdim edir.
Bu mənzərə bir həqiqəti də göstərir: Qarabağ müharibəsi hərbi müstəvidə başa çatsa da, onun informasiya və siyasi nəticələri uğrunda mübarizə Avropada davam edir. Parisdəki sərgi bunun erməni diasporunun gündəm yaratmaq cəhdlərindən biri olduğunu göstərir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.