Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Səhər saatlarında İrəvandan XOŞ XƏBƏR GƏLDİ - YENİLƏNDİ

Baxış: 63
Səhər saatlarında İrəvandan XOŞ XƏBƏR GƏLDİ - YENİLƏNDİ


Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu Sedrak Köçəryan Antikorrupsiya Komitəsinə aparılıb.
Bu barədə Ermənistan KİV məlumat yayıb.

Bildirilib ki, hazırda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları R.Köçəryanın evindədirlər və hüquq-mühafizə orqanları evdə axtarışları davam etdirirlər.

Məlumata görə, Köçəryan ailəsinin üzvləri də hazırda evdədirlər.

Eyni zamanda, Robert Köçəryanın oğlu Levon Köçəryanın evində axtarış aparıldığı rəsmən təsdiqlənib.

Ermənistan Antikorrupsiya Komitəsinin mətbuat katibi Marina Ohancanyan bildirib ki, korrupsiya işlərinin istintaqı çərçivəsində onlarla ünvanda genişmiqyaslı istintaq tədbirləri həyata keçirilir.

Komitə zərurət yaranacağı təqdirdə əlavə məlumat veriləcəyini açıqlayıb.

Ermənistan KİV-in məlumatına görə, Antikorrupsiya Komitəsinin əməkdaşları hazırda Köçəryan ailəsinə məxsus “Orange Premium Fitness Club”da, həmçinin “Toyota” avtomobil salonunda da istintaq məliyyatı həyata keçirirlər.

***

09:50

Ermənistanın hüquq-mühafizə orqanları sabiq prezident Robert Köçəryanı saxlayıb. 

 “Hraparak”a istinadən xəbər verir ki, bu barədə onun ofisi məlumat yayıb.

Bildirilib ki, R.Köçəryan avqustun 25-də səhər saatlarında ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb. 

Nəşr onu da qeyd edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları R.Köçəryanın deputat oğlu Levon Köçəryanın evinə basqın ediblər.

Parlamentin “Ermənistan” fraksiyasının üzvü, deputat Mesrop Manukyanın sözlərinə görə, basqın səhər saat 7:00 radələrində baş verib.

O əlavə edib ki, hüquq-mühafizə orqanlarına təlimatlar birbaşa parlamentdən daxil olub.

L.Köçəryan Milli Təhlükəsizlik Xidmətinə (MTX) aparılıb. Əlavə təfərrüatlar hələlik məlum deyil. 

Məlumata görə, Korrupsiyaya Qarşı Mübarizə Komitəsi bu səhər tezdən L.Köçəryanın mənzilində axtarış aparıb.

“İşxanutyun” nəşri də yazıb ki, parlamentdə “hökumət saatı”ndan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları Robert Köçəryan və oğullarına qarşı məhkəmə prosesi başlatmaq əmri alıblar.

“Nikol Paşinyan avqustun 24-də parlamentdə Levon Köçəryanla qızğın mübahisədən sonra qəzəblənib. Bu mübahisə zamanı Köçəryan Paşinyana müraciət edərək deyib: “Xalq bizə deyir: bu alçaq xain niyə hələ də hakimiyyətdədir?”, -nəşr yazıb.

Bu çıxışdan sonra Baş nazir o qədər qəzəblənib ki, Köçəryan ailəsinə qarşı tədbir görülməsi əmrini verib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.