Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ankara Moskva-Kiyev görüşünü təşkil etməyə hazırdır

Baxış: 54
Ankara Moskva-Kiyev görüşünü təşkil etməyə hazırdır


Türkiyə Rusiya ilə Ukrayna arasında yeni danışıqlar raundunu təşkil etməyə hazırdır.

Bu barədə Rusiya mediası Türkiyə hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Bilrilib ki, Türkiyə Rusiya və Ukraynanı yaxın gələcəkdə yeni sülh danışıqları təşkil etməyə hazır olduqları barədə məlumatlandırıb.

Qeyd edək ki, Rusiya ilə Ukrayna nümayəndələri arasında danışıqlar 2025-ci ilin yayında İstanbulda baş tutub. Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, o vaxtdan bəri Ukrayna dialoqu bərpa etmək üçün heç bir təşəbbüs göstərməyib. Bu ilin iyul ayında prezidentin mətbuat katibi Dmitri Peskov Rusiyanın danışıqlar prosesini davam etdirməyə açıq olduğunu bildirib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.