Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı

Baxış: 135
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı


Ermənistanda sərhəd və ərazi məsələləri ilə bağlı müzakirələr yenidən siyasi gündəmin əsas mövzularından birinə çevrilib.

Politoloq Miqran Şahzadeyan mətbuat konfransında Ermənistan hakimiyyətinin Azərbaycanın bəzi ərazilərlə bağlı məsələləri anklav kimi təqdim etməyə hazırlaşdığı təəssüratının yarandığını bildirib.

Onun sözlərinə görə, SSRİ qanunvericiliyində anklav anlayışı mövcud olmayıb və Alma-Ata Bəyannaməsinə istinadlar hüquqi baxımdan əsaslı hesab edilə bilməz.

Şahzadeyan qeyd edib ki, söhbət xüsusilə Ararat vilayətində yerləşən və Ermənistan üçün strateji əhəmiyyət daşıyan Tiqranaşen kəndindən gedir. O xatırladıb ki, baş nazir Nikol Paşinyan bu məsələnin müzakirə olunmasının vacibliyini bir neçə dəfə dilə gətirib.

Politoloqun fikrincə, Ermənistanın hər hansı ərazisinə münasibətdə anklav termininin işlədilməsi nə tarixi, nə də kartoqrafik faktlarla əsaslandırıla bilər.musavat.com

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.