Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Putindən şok iddia: Polşa, Macarıstan və Rumıniya Ukraynanın bu ərazilərini alacaq

Baxış: 72
Putindən şok iddia: Polşa, Macarıstan və Rumıniya Ukraynanın bu ərazilərini alacaq


“Ukrayna təkcə şərq hissəsini deyil, həm də qərb hissəsini itirəcək”.

Bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda Hərbi Dəniz Qüvvələri Günü münasibəti ilə keçirilən görüşdə deyib.

O iddia edib ki, qərb əraziləri Ukraynaya keçmiş Sovet lideri İosif Stalin tərəfindən hədiyyə olunub.

“Qərbi Ukraynada müharibədən sonra İosif Vissarionoviç Stalinin bir hədiyyəsi var... Stalin bu torpaqları Ukraynaya verdi, amma o, bunu vahid bir dövlət çərçivəsində etdi. Görünür, bugünkü kimi bir vəziyyətin yarana biləcəyi onun ağlına belə gəlməmişdi... Yeri gəlmişkən, əminəm ki, gec-tez Ukrayna qərbindəki bu torpaqları itirəcək... Bu ərazilər Polşaya, Macarıstana, Rumıniyaya məxsus olub. Bu ölkələr də onlara məxsus olanı gec-tez alacaq. Ukrayna bu torpaqları sabah və bəlkə də o biri gün yox, bir il, iki, on, on beş ildən sonra itirəcək... Tarix öz yerini tapacaq”, - Rusiya rəhbəri söyləyib.

Ukraynanın şərq hissəsi - Donbasa gəldikdə isə V.Putin arxiv sənədlərinə istinad edərək deyib ki, ukraynalı bolşeviklər Vladimir Leninin yanına gələrək Donbası yeni yaranan, inkişaf etməkdə olan Ukraynaya verməyə inandırıblar və o da verib:

“Donbas yenidən Rusiyanın tərkib hissəsi olmalıdır”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.