Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Məşhur şirkətin Bəhreyndəki data-mərkəzi vuruldu

Baxış: 108
Məşhur şirkətin Bəhreyndəki data-mərkəzi vuruldu


İran ABŞ-nin Darhoveyn Atom Elektrik Stansiyasına (AES) endirdiyi zərbəyə cavab olaraq “Amazon” şirkətinin Bəhreyndə yerləşən data-mərkəzinə hücum edib.

“Qafqazinfo” xarici mətbuata istinadən istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun Mətbuat xidməti məlumat yayıb.

“ABŞ ordusunun dünən Darhoveyndəki tikinti obyektlərinə və mülki infrastruktura hücumuna cavab olaraq, ABŞ-nin “Amazon” şirkətinin Bəhreyndə yerləşən data-mərkəzinin infrastrukturuna bir neçə qanadlı raketlə zərbə endirdik və onu məhv etdik”, - bəyanatda deyilir. 

Qeyd edək ki, İranın Atom Enerjisi Təşkilatı (İAET) ötən gün, iyulun 19-da tikilməkdə olan “Darhoveyn” AES-in ABŞ Silahlı Qüvvələri tərəfindən zərbələrə məruz qaldığını açıqlamışdı. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.