İrana qarşı sanksiyaları dəstəkləyən ABŞ jurnalistlərinin ölkə ərazisinə buraxılmaması barədə qanun layihəsi parlamentə təqdim olunub.Qanun layihəsinin detalları hələ ki, açıqlanmır.
Qeyd edək ki, 2018-ci ilin may ayında ABŞ-ın o zamankı prezidenti Donald Trampın ölkəsinin İranla Nüvə sazişindən birtərəfli qaydada çıxdığını elan etməsindən sonra tərəflər arasında münasibətlər xeyli kəskinləşib.



































