Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ağ Evdən İran açıqlaması: Çox ağır zərbə vurulub

Baxış: 135
Ağ Evdən İran açıqlaması: Çox ağır zərbə vurulub


"İrana çox, çox ağır zərbə vurulub. Onlar hərbi cəhətdən demək olar ki, hər şeyi itiriblər. Onların çox az şeyi qalıb".

Bunu ABŞ Prezidenti Donald Tramp bazar ertəsi deyib.

Tramp əlavə edib ki, ABŞ bu axşam onlara yenidən güclü zərbə endirib.

ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) Amerika qüvvələrinin İran hədəflərinə ardıcıl olaraq doqquzuncu gecə hücumlar seriyasına başladığı barədə məlumat verib.

Tehranla danışıqlara gəldikdə isə ABŞ dövlət katibi Marko Rubio bildirib ki, ABŞ İranla münaqişənin diplomatik həlli yollarını axtarmağa davam edəcək. “Vaşinqton Tehranla münaqişənin diplomatik yolla həllinə açıqdır. Biz İranla dəfələrlə (belə bir həll yoluna nail olmaq üçün) cəhd etmişik və etməyə davam edəcəyik. Əgər bu qapı açılsa, biz buna sevinəcəyik", - Rubio qeyd edib.

Diplomatik səylər uğursuz olarsa nə baş verəcəyi ilə bağlı suala Rubio belə cavab verib: "Düşünmürəm ki, bu, İran üçün yaxşı olar. Yəni, İran iqtisadiyyatı bərbad vəziyyətdədir".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.