
Ziyafətin menyusunu hazırlayan aşpazlardan biri olan Sinem Özler bildirib ki, hazırlıq prosesi aylarla davam edib və əsas məqsəd Anadolu mətbəxinin zənginliyini beynəlxalq qonaqlara müasir təqdimatla nümayiş etdirmək olub.
Onun sözlərinə görə, menyuda içli küftə, balqabaq çiçəyi dolması və digər ənənəvi təamlar yer alıb. Yeməklərin hazırlanmasında Türkiyənin müxtəlif bölgələrindən seçilmiş yerli məhsullardan istifadə edilib.
Sinem Özler qeyd edib ki, ziyafətdən sonra bütün boşqabların tamamilə boş qayıtması aşpazlar üçün ən böyük qiymətləndirmə olub. O bildirib ki, qonaqların yeməkləri bəyənməsi həm böyük qürur, həm də uzunmüddətli zəhmətin qarşılığı idi.
Aşpazın fikrincə, bu cür beynəlxalq tədbirlər yalnız diplomatik əhəmiyyət daşımır, həm də ölkələrin kulinariya mədəniyyətini və zəngin gastronomiya irsini dünyaya tanıtmaq üçün mühüm imkan yaradır.









































