Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Vətəndaşlara qorxu yaşayan dəstə tutuldu - ŞOK ƏMƏLİYYAT

Baxış: 108
Vətəndaşlara qorxu yaşayan dəstə tutuldu - ŞOK ƏMƏLİYYAT


Türkiyədə "Söylemez Qardaşlar" kimi tanınan mütəşəkkil cinayətkar qruplaşmaya qarşı İstanbul mərkəzli genişmiqyaslı əməliyyat keçirilib. İstanbul, Ankara və İzmirdə eyni vaxtda təşkil olunan əməliyyat nəticəsində 8 şübhəli saxlanılıb. Bir nəfərin həbsxanada olduğu, qaçaq vəziyyətdə olan daha 4 nəfərin isə axtarışlarının davam etdiyi bildirilib.

 Bakırköy Respublika Prokurorluğunun koordinasiyası ilə İstanbul İl Jandarma Komandanlığı tərəfindən aparılan istintaq zamanı müəyyən edilib ki, M.F.S.-nin rəhbərlik etdiyi iddia olunan qruplaşma əsasən ticarət obyektləri və əmlakı olan şəxsləri hədəf alıb. İstintaq materiallarına əsasən, şübhəlilər borc-alacaq məsələlərində vasitəçi kimi çıxış edir, tələbləri yerinə yetirilmədikdə isə hədə-qorxu, təzyiq və iş yerlərinin güllələnməsi kimi üsullarla zərərçəkənləri pul ödəməyə məcbur ediblər.

Əməliyyat zamanı şübhəlilərin ünvanlarında aparılan axtarışlar nəticəsində çoxlu sayda odlu silah, sursat və təxminən 1,5 milyon türk lirəsi nağd pul aşkar edilərək götürülüb. Bundan əlavə, istintaq üçün əhəmiyyət daşıyan müxtəlif rəqəmsal materiallar və sənədlər də müsadirə olunub.

Hüquq-mühafizə orqanları qaçaq vəziyyətdə olan digər şübhəlilərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərinin davam etdiyini bildiriblər. İstintaq çərçivəsində cinayətkar qruplaşmanın fəaliyyəti və mümkün əlaqələri araşdırılır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.