Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bizə qələbə lazımdır - Putin

Baxış: 108
Bizə qələbə lazımdır - Putin


Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın neft emalı zavodlarına (NEZ) və digər strateji obyektlərinə pilotsuz uçuş aparatları (PUA) ilə endirdiyi ardıcıl zərbələr Rusiya Prezidenti Vladimir Putinin narazılığına səbəb olub.

 Globalinfo.az bildirir ki, “Röyters” agentliyinin anonim mənbələrə istinadən yaydığı məlumata görə, Putin Ukraynaya daha sərt cavab verilməsi tərəfdarıdır.

Agentliyin həmsöhbətlərinin sözlərinə görə, Ukraynanın müttəfiqləri hesab edirdilər ki, Rusiyanın enerji infrastrukturuna endirilən uğurlu PUA hücumları müharibənin gedişini dəyişəcək və Moskvanı hərbi əməliyyatları dayandırmağa məcbur edəcək.

Lakin mənbələr bildirirlər ki, bu hücumlar əksinə, Putinin müharibəni davam etdirmək və cavab zərbələri vurmaq əzmini daha da gücləndirib.

Qeyd edilir ki, Rusiyanın neft emalı zavodlarına hücumlardan sonra Rusiya ordusu Kiyevə bir neçə dəfə genişmiqyaslı raket və dron zərbələri endirib. Nəticədə onlarla insan həlak olub.

Mənbələrin iddiasına görə, Putin Donbasın tam nəzarət altına alınması planından da imtina etmək niyyətində deyil. Vurğulanır ki, o, cəbhə xətti üzrə münaqişənin dondurulmasını təklif edən bir qrup müşavirini sərt tənqid atəşinə tutub, Kremlə qələbənin lazım olduğunu bildirib.

Agentliyin həmsöhbətləri Putinin Rusiya ordusunun yaxın vaxtlarda Donbasın bütün ərazisinə nəzarəti ələ keçirəcəyinə inandığını deyirlər.

Bundan əlavə, agentliyin məlumatına görə, Putin müharibənin daha da genişlənməsinə hazırlaşır. Mənbələrdən biri hesab edir ki, eskalasiya artıq yaxın aylarda baş verəcək. Bunun hansı formada olacağı isə açıqlanmır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.