Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ərdoğanın hədiyyə etdiyi bahalı tapançaları - Özləri ilə apara bilmədilər

Baxış: 72
Ərdoğanın hədiyyə etdiyi bahalı tapançaları - Özləri ilə apara bilmədilər


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Ankarada keçirilən sammitinin yekununda Avropa liderlərinə üzərində onların adları həkk olunmuş fərdi tapançalar və döyüş patronları hədiyyə edib.

Bu barədə “Politico” nəşri Avropa İttifaqındakı (Aİ) mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Avropa Şurasının sədri Antonio Koşta, Böyük Britaniyanın Baş naziri vəzifəsini icra edən Kir Starmer və Niderlandın hökumət başçısı Rob Cettenə oxşar hədiyyələr verilib.

Koştanın təhlükəsizlik xidməti tapançanı yoxlama üçün götürüb. Onu bütün hüquqi prosedurlar və saxlama qaydalarına riayət etməklə Belçikaya çatdırmaq planlaşdırılır.

Ursula fon der Lyayenin komandası silahla necə davranılacağı barədə açıqlama verməyib.

Digər Avropa liderləri hədiyyələri sonradan götürmək qərarına gəlibər. Belə ki, Kir Starmer və Rob Cetten tapançaları öz ölkələrinə aparmazdan əvvəl döyüş vəziyyətindən çıxarılması üçün Türkiyədə saxlayacaqlarını açıqlayıblar.

Lakin mənbələrin sözlərinə görə, bahalı hədiyyəlik tapançaların qiyməti, çox güman ki, Aİ-də rəsmi hədiyyələrin dəyəri üçün müəyyən edilmiş limiti aşır, buna görə də liderlər onları özlərində saxlaya bilməyəcəklər.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.