Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qonşu ölkədə koronavirusun indiyə kimi məlum olmayan ştammı müəyyən olunub

Baxış: 251
Rusiya ərazisində koronovirusun Britaniya, Cənubi Afrika və ya Braziliya növündən fərqli mutasiyalara sahib olan naməlum ştammlar müəyyən olunub.
“İzvestiya”nın məlumatına görə bu barədə “Rospotrebnadzor”un (Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi üzrə Federal Xidməti) rəhbəri Anna Popova xəbər verib.
Onun sözlərinə görə, hazırda onların epidemioloji əhəmiyyətini qiymətləndirmək üçün işlər aparılır. Popova hələ ki, narahatlıq üçün heç bir əsas olmadığını qeyd edib.
Eyni zamanda, “Rospotrebnadzor” rəhbəri özünün və həmkarlarının koronavirusun hər hansı bir növünü “Rusiya ştammı” adlandırmasının tərəfdarı olmadığını vurğulayıb. Popova hər mutasiyaya ad verməyin mənasız olduğunu əlavə edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.