Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

ABŞ rəsmisindən qalmaqallı açıqlama: İranda yüzlərlə insanın ölümündə İlon Maskın əli var

Baxış: 72
ABŞ rəsmisindən qalmaqallı açıqlama: İranda yüzlərlə insanın ölümündə İlon Maskın əli var


ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəsmisi ilk dəfə etiraf edib ki, İlon Maskın şirkəti tərəfindən hazırlanmış Grok süni intellekt modeli İrana qarşı hərbi əməliyyatlarda istifadə olunub.

Sistem ABŞ ordusunun hədəf seçmə və əməliyyat planlaşdırma proseslərinə inteqrasiya edilib.

Pentaqonun Süni İntellekt Ofisinin rəhbəri Kemeron Stenlinin məhkəməyə təqdim etdiyi ifadəyə əsasən, Grok əsaslı sistem 96 saat ərzində 2 minə yaxın hədəfə qarşı 2 mindən çox sursatın tətbiq olunduğu əməliyyatlarda istifadə edilib.

Məqalənin başlığında “Grok İranda yüzlərlə mülki şəxsi öldürdü” ifadəsi işlədilsə də, xəbərdə Grokun birbaşa mülki itkilərə səbəb olduğunu sübut edən konkret məlumat verilmir.

Məqalə əsasən süni intellektin hədəflərin müəyyənləşdirilməsi və hərbi planlaşdırmada istifadə olunmasına diqqət çəkir.(Lent.az)

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.