Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ermənistana böyük ZƏRBƏ: Rusiya İrəvanı bu iki ölkə ilə əvəzlədi

Baxış: 54
Ermənistana böyük ZƏRBƏ: Rusiya İrəvanı bu iki ölkə ilə əvəzlədi


Rusiya Ermənistandan idxal olunan balığın yerini doldurmaq üçün digər ölkələrdən satınalmaları artırıb.

Bu barədə "Rosselxoznadzor"un rəhbəri Sergey Dankvert TASS agentliyinə məlumat verib.

O qeyd edib ki, Rusiya tərəfi Ermənistandan diri balıq tədarükünə məhdudiyyətlərin tətbiq ediləcəyini əvvəlcədən təxmin edirdi.

Məhz bu səbəbdən digər ölkələrdən məhsul idxalı artırılıb. Xüsusilə, forel (qızılxallı) balığının tədarükündə Rusiya əsas diqqəti İran və Türkiyə bazarlarına yönəldib.

S. Dankvert vurğulayıb ki, tədarükçü ölkələrin sayının artması işin gedişatını xeyli asanlaşdırır. Onun sözlərinə görə, seçim imkanı geniş olduqda, hər hansı bir tərəfdaşdan asılılıq yaranmır və nəticədə bazarda məhsul qıtlığının qarşısı tamamilə alınır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.