Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Fransa Cənubi Kiprdə qoşun yerləşdirəcək - Saziş bu gün imzalanır

Baxış: 54
Fransa Cənubi Kiprdə qoşun yerləşdirəcək - Saziş bu gün imzalanır


Fransa və Cənubi Kipr bu gün Parisin adada qoşun yerləşdirməsinə icazə verən müdafiə müqaviləsi imzalayacaqlar. Məlumatı Politico yüksək vəzifəli Kipr rəsmilərinə istinadən yayıb.

Nəşrin məlumatına görə, müqavilə Fransa Silahlı Qüvvələri naziri Ketrin Votrin və Kipr Prezidenti Nikos Xristodulides tərəfindən 8 iyunda Aİ Şurasının qeyri-rəsmi iclasında imzalanacaq. Saziş Fransa qoşunlarının adada yerləşdirilməsi və əməliyyatlarının şərtlərini müəyyən edəcək.

Xristodulides sazişlə bağlı açıqlama verib: "Saziş genişləndirilmiş əməkdaşlığın bir hissəsi olaraq, yalnız humanitar məqsədlər üçün Kipr ərazisində Fransa qoşunlarının olmasını nəzərdə tutur".

Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) bölgədə gərginliyin artması təhlükəsini nəzərə alaraq müqaviləyə qarşı çıxıb. ŞKTC həmçinin Yunan Kiprinin bütün ada adından müqaviləni imzalamaq hüququna malik olmadığını bəyan edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.