Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi

Baxış: 126
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi


ABŞ hərbçiləri İran tərəfindən buraxıldığı iddia edilən dron və raketlərin qarşısını aldıqdan sonra Keşm adasında yerləşən yerüstü idarəetmə mərkəzinə zərbələr endiriblər.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

"İyunun 2-də Yaxın Şərqdə İranın hücumlarına cavab olaraq, ABŞ Silahlı Qüvvələri özünümüdafiə məqsədilə zərbə endirib, bir neçə ballistik raketi və pilotsuz uçuş aparatını uğurla məhv edib", - deyə açıqlamada qeyd olunub.

CENTCOM-un iddiasına əsasən, İran tərəfindən atılan beş raketdən heç biri hədəfə çatmayıb, həmçinin ABŞ hərbçiləri üç PUA-nı zərərsizləşdiriblər. Məlumatda əlavə olunub ki, ABŞ qüvvələri özünümüdafiə çərçivəsində Keşm adasındakı hərbi yerüstü idarəetmə məntəqəsini vurub.

Öz növbəsində İran hərbçiləri də Yaxın Şərqdə yerləşən ABŞ obyektlərinə cavab zərbələri endirdiklərini bəyan ediblər. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) məlumatına görə isə amerikalılar Tehranın nəzarətində olan Keşm adasındakı hədəfə hücum ediblər. Buna cavab olaraq İran ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahını vurub. Bəhreyn ərazisindəki ABŞ Hərbi Dəniz Qüvvələrinin qərargahına da hücum olunub. Bu zaman dronlardan və raketlərdən istifadə olunub.

Bundan əlavə, SEPAH-ın iddiasına görə, Tehran Yaxın Şərq ölkələrindən birində yerləşən ABŞ aviabazasına da zərbə endirib. Hücumların nəticələri barədə hələlik heç bir məlumat verilmir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.