Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Çindən dünyanı şoka salan möcüzə: İki ilə tikilən nəhəng stansiya kosmik mərkəzə bənzəyir

Baxış: 72
Çindən dünyanı şoka salan möcüzə: İki ilə tikilən nəhəng stansiya kosmik mərkəzə bənzəyir


Çin Xalq Respublikası Şimali Çində bütün dünyanı lərzəyə salacaq və tikinti sektorunda inqilab sayılacaq möhtəşəm bir infrastruktur layihəsinə imza atıb.

Tamamilə hazır olmadan belə bütöv bir rayonun inkişafına təkan verən kosmik "Sünan" dəmir yolu stansiyası rekord müddətdə – cəmi iki ilə inşa edilib.

Nüfuzlu "ECOnews" nəşrinin yaydığı məlumata görə, Pekin yaxınlığında yerləşən və ümumi sahəsi 473 min kvadratmetr olan bu nəhəng kompleks rəqəmsal modelləşdirmə, qaynaqçı robotlar, süni intellekt və günəş panelləri ilə təchiz edildiyi üçün adi vağzaldan daha çox müasir idarəetmə mərkəzini xatırladır.

Nəqliyyat qovşağının bu qədər qısa müddətdə tikilməsinin sirri mühəndislərə bütün layihəni üçölçülü formatda görməyə imkan verən xüsusi rəqəmsal sistemin tətbiqidir. Polad konstruksiyaların yığılmasında isə insan əməyindən deyil, səhvsiz işləyən avtomatik robotlardan istifadə olunub. Pekin ilə Sünan rayonunu birləşdirən 93 kilometrlik yüksəksürətli dəmir yolu xəttində qatarlar saatda 350 kilometr sürətlə hərəkət edir ki, bu da iki məntəqə arasındakı məsafəni cəmi 50 dəqiqəyə endirib.

Stansiyanın ən heyrətamiz xüsusiyyətlərindən biri onun oval formalı damıdır; bu dam bütövlükdə nəhəng bir günəş elektrik stansiyası rolunu oynayır.

Damın üzərində quraşdırılan 42 min kvadratmetrlik fotoelektrik panellər ildə 5,8 milyon kilovat-saat elektrik enerjisi istehsal edir. Layihə rəhbəri Luo Syaodunun jurnalistlərə verdiyi açıqlamaya görə, bu yaşıl texnologiya sayəsində havaya atılan karbon qazının həcmi ildə 4 960 ton azalacaq və təxminən 1 984 ton kömürə qənaət ediləcək.

Sərnişinlərin rahatlığı üçün səs uducu divarlar və 15 metr enində təbii işıqlandırma zolaqları ilə təchiz olunan bu futuristik tikili, Pekin, Tyanzin və Hebey şəhərlərini birləşdirən ən qabaqcıl hərbi-iqtisadi nəqliyyat qovşağı kimi qlobal arenada Çinin texnoloji gücünü nümayiş etdirir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.