
Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar hazırda dayandırılıb.
Bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
Bununla belə Rubio qeyd edib ki, Vaşinqton bu prosesdə iştirak etməyə davam etməyə hazırdır.
"Hazırda belə danışıqlar aparılmır, amma ümid edirik ki, bu, dəyişəcək", - deyə o qeyd edib
Rubio həmçinin bildirib ki, ABŞ Ukraynada heç bir nəticə verməyən sonsuz görüşlərdə maraqlı deyil. Vaşinqton konstruktiv və məhsuldar danışıqlara üstünlük verir.
2026-cı ilin əvvəlindən bəri Rusiya və Ukrayna nümayəndə heyətləri ABŞ-ın iştirakı ilə üç raund danışıqlar aparıblar. Ən sonuncu raund 17-18 fevral tarixlərində Cenevrədə baş tutub.







































