Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Google”da 25 il sonra - Yeni dövr

Baxış: 63
“Google”da 25 il sonra - Yeni dövr


“Google” süni intellekt texnologiyalarının inkişafı fonunda axtarış sistemində son 25 ilin ən böyük yeniliyini təqdim edib.

“Şirkət klassik axtarış çubuğunu daha interaktiv və süni intellekt əsaslı sistemlə əvəz etməyə hazırlaşır.

Yeni yeniləmələrlə istifadəçilər daha uzun və mürəkkəb suallar verə, həmçinin foto və videolarla axtarış edə biləcəklər. Axtarış səhifəsində yerləşdirilən çatbot vasitəsilə əlavə suallar vermək də mümkün olacaq.

Sistem “Google”un yeni “Gemini 3.5 Flash” modeli ilə işləyəcək. Şirkət bu modelin daha sürətli və daha effektiv olduğunu açıqlayıb.

“Google”un baş icraçı direktoru Sundar Piçai bildirib ki, süni intellekt funksiyaları istifadəçilərin axtarış sistemindən daha çox istifadə etməsinə səbəb olur.

Google” həmçinin e-poçtları idarə edən, alış-veriş prosesini asanlaşdıran və ağıllı eynəklərə inteqrasiya olunan yeni “Gemini” funksiyalarını da təqdim edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.