Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

ABŞ-də haker hücumu - İrandan şübhələnirlər

Baxış: 54
ABŞ-də haker hücumu - İrandan şübhələnirlər


ABŞ-də yanacaqdoldurma məntəqələrinin sistemləri haker hücumuna məruz qalıb.

“Bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, ABŞ rəsmiləri bir neçə ştatda yanacaqdoldurma məntəqələrinin yanacaq çənlərini izləyən sistemlərə edilən kiberhücumların arxasında İranla əlaqəli hakerlərin dayandığını ehtimal edir.

Məlumata görə, hakerlər internetə açıq və parolla qorunmayan avtomatik çənölçmə sistemlərinə (ATG) daxil olublar. Onlar bəzi hallarda sistem göstəricilərinə müdaxilə etsələr də, yanacaq səviyyələrini dəyişə bilməyiblər.

ABŞ rəsmiləri hücumların fiziki zərər yaratmadığını bildirsələr də, belə müdaxilələrin təhlükəsizlik risklərini artırdığını vurğulayıblar.

Qeyd edilib ki, bu tip sistemlərə giriş əldə edilməsi yanacaq sızmalarının gizli qalmasına səbəb ola bilər.

Vurğulanıb ki, İranın daha əvvəl də enerji və infrastruktur sistemlərini hədəf alması onu əsas şübhəlilərdən birinə çevirir. Bununla belə, hücumun arxasında kimin dayandığını tam müəyyən etmək hələ mümkün olmayıb.

ABŞ rəsmiləri hesab edir ki, hadisə İranla bağlı artan kibertəhlükələrin növbəti nümunəsi ola bilər.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.