Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

"Nə telefon işlədir, nə də xalqa görünür"-Xamenei ilə bağlı sensasion məlumatlar

Baxış: 72
"Nə telefon işlədir, nə də xalqa görünür"-Xamenei ilə bağlı sensasion məlumatlar


İranın siyasi rəhbərliyindəki qeyri-müəyyənlik və hakimiyyət daxilindəki parçalanma ilə bağlı ABŞ kəşfiyyatından sensasion məlumatlar sızıb.

aia.az xəbər verir ki, CNN-in Amerika kəşfiyyat mənbələrinə istinadən yaydığı məlumata görə, Müctəba Xameneinin hazırda İranın ABŞ ilə apardığı gizli danışıqların gedişatına birbaşa təsir göstərdiyi ehtimal edilir. Lakin ən diqqətçəkən məqam Xameneinin səhhəti və fiziki vəziyyəti ilə bağlıdır.

Məlumata əsasən, o, müharibənin əvvəlində atasının və bir neçə yüksək rütbəli hərbçinin ölümü ilə nəticələnən hücum zamanı aldığı ağır yaralardan sonra bir dəfə də olsun ictimaiyyət qarşısına çıxmayıb. ABŞ kəşfiyyatı indiyədək onun harada olduğunu vizual olaraq təsdiqləyə bilməyib. Bunun əsas səbəbi kimi Xameneinin heç bir elektron rabitə vasitəsindən istifadə etməməsi, yalnız kuryerlər və şəxsi görüşlər vasitəsilə ünsiyyət qurması göstərilir.

Mənbələr bildirir ki, Müctəba Xameneinin bədəninin bir tərəfi — üzü, qolu, gövdəsi və ayağı hücum zamanı aldığı ağır yanıqlar səbəbindən ciddi zədələnib və o, hazırda tam izolyasiya şəraitində tibbi müalicəsini davam etdirir. İran rejiminin daxilindəki güc strukturunun tam olaraq kimin əlində olduğu hələ də qeyri-müəyyən qalsa da, Xameneinin bu "sirli" kölgə hakimiyyəti beynəlxalq diplomatik dairələrdə böyük suallar doğurur. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.