Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

ABŞ-İran müharibəsi yenidən alovlanır: Tehrandan Ağ Evə xəbərdarlıq

Baxış: 54
ABŞ-İran müharibəsi yenidən alovlanır: Tehrandan Ağ Evə xəbərdarlıq


İran Hörmüz boğazında ticarət gəmilərinin naviqasiya azadlığını bərpa etməyi hədəfləyən ABŞ-ın "Azadlıq" əməliyyatı ilə bağlı bəyanat yayıb.

 İranın xarici işlər naziri Abbas Əraqçi sosial media paylaşımında Hörmüz boğazı ətrafında cərəyan edən hadisələrin siyasi böhranların hərbi yolla həll edilə bilməyəcəyini göstərdiyini bildirib və əlavə edib: "Pakistanın xoşməramlı səyləri sayəsində danışıqlar irəliləyərkən, ABŞ pis niyyətli şəxslər tərəfindən yenidən bataqlığa sürüklənməməlidir. Eyni şey Birləşmiş Ərəb Əmirliklərinə də aiddir. Azadlıq Layihəsi çıxılmazlıq layihəsidir".

Bundan öncə isə İran Silahlı Qüvvələri ABŞ Hərbi Dəniz Qüvvələrinə Hörmüz boğazına yaxınlaşmamaq və ya girməmək barədə xəbərdarlıq edib..
İran Silahlı Qüvvələri bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələri istisna olmaqla, bütün ticarət gəmiləri və neft tankerləri Hörmüz boğazında orada yerləşən İran ordusu ilə əlaqələndirilmədən hər hansı bir hərəkətdən çəkinməlidirlər.

ABŞ ordusu, Prezident Donald Trampın əmri ilə Hörmüz boğazında qalan gəmilərin təhlükəsiz keçidini təmin etmək üçün "Azadlıq Əməliyyatı"na da başlayıb.
Tramp “Fox News”-a bildirib ki, əgər iranlılar Hörmüz boğazından keçən gəmilərə rəhbərlik edən Amerika gəmilərinə hücum etsələr, onlar "yer üzündən silinəcəklər".

Tramp kommersiya gəmiçiliyinə müdaxilə etməyə çalışan yeddi kiçik İran gəmisini batırdıqlarını söyləyərək əlavə edibki, bunlar İrandan qalan tək şeylərdir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.