Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Gürcüstan DTX-nın illik hesabatında Azərbaycanla əməkdaşlığa xüsusi yer ayrılıb

Baxış: 90
Gürcüstan DTX-nın illik hesabatında Azərbaycanla əməkdaşlığa xüsusi yer ayrılıb


Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (SSU) illik hesabatını parlamentə təqdim edib. Hesabatda Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlığa xüsusi yer ayrılıb.

 Report xəbər verir ki, 62 səhifəlik sənəd ilkin olaraq komitə iclaslarında, daha sonra isə plenar iclasda müzakirəyə çıxarılacaq.

Sənəddə qeyd olunur ki, Gürcüstan təhlükəsizlik qurumu beynəlxalq tərəfdaşlarla yanaşı, Azərbaycan və digər region ölkələri ilə informasiya mübadiləsini və koordinasiyanı davam etdirir.

Sənədə əsasən, bu il təhlükəsizlik sahəsində əməkdaşlıq çərçivəsində Bakı şəhərində keçirilən Bakı Təhlükəsizlik Forumu mühüm platformalardan biri olub. Forumda bir sıra ölkələrin xüsusi xidmət orqanları arasında görüşlər və təhlükəsizlik müzakirələri aparılıb.

Hesabatda bildirilir ki, Bakıda keçirilən beynəlxalq tədbirlər və işçi görüşlər regional təhlükəsizlik risklərinin qiymətləndirilməsi, terrorizmə qarşı mübarizə və hibrid təhlükələrə qarşı əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətli rol oynayıb.

Bildirilir ki, forumda Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbər heyəti 10-a yaxın tərəfdaş ölkənin təhlükəsizlik qurumlarının nümayəndələri ilə görüşlər keçirib. Bu görüşlərdə regionda təhlükəsizlik mühiti, risklərin qiymətləndirilməsi və qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.

Eyni zamanda, sənəddə qeyd olunur ki, Gürcüstan və Azərbaycan arasında təhlükəsizlik, sərhəd idarəçiliyi və hüquq-mühafizə sahələrində əməkdaşlıq müxtəlif formatlarda davam etdirilir. Xüsusilə Azərbaycanla əlaqələr hesabatda mühüm istiqamətlərdən biri kimi qeyd olunub.

Gürcüstan DTX vurğulayır ki, regional əməkdaşlıq, xüsusilə Bakı-Tbilisi xətti üzrə əlaqələndirilmiş fəaliyyət Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.