Ərdoğan İrəvana GEDİR, Bakı ilə SÜLH müqaviləsi isə...
Tarix: 20-04-2026, 13:22
/
Baxış: 1 017
Bakı və İrəvan sülh müqaviləsini imzalamağın bircə addımlığındadır. Sərhəddə iki ildir sakitliyin hökm sürməsi, iqtisadi-ticari sahədə inqilabi dəyişikliklər, qarşılıqlı etimad quruculuğu prosesinin vətəndaş cəmiyyətləri səviyyəsində də davamı həmin günü yaxınlaşdırır ki, uzaqlaşdırmır.
Bəs o “bir addım” nə vaxt qət olunacaq, o da məlum: Ermənistan konstitusiyasından Azərbaycana ərazi iddiası ilə bağlı müddəa aradan qaldırılmalıdır. Bakı üçün fərq eləməz, bu, yeni sənədin qəbulu şəklində olacaq, yoxsa konkret maddənin “Əsas Qanun”dan çıxarılması yolu ilə.
Ötən həftəsonu Baş nazir Nikol Paşinyanın verdiyi açıqlamadan aydın oldu ki, konstitusiyanın yeni mətni 7 iyun parlament seçkilərindən sonra dərc olunacaq. Hərçənd, sənədin bu ilin martında ictimai müzakirəyə çıxarılacağı deyilirdi. Görünür, hakimiyyət seçkilərdəki qələbə ilə öz legitimliyini möhkəmləndirdiyinə əmin olandan sonra növbəti böyük prosesə başlayacaq...
Təbii ki, yeni konstitusiyada qonşu Türkiyəyə də ərazi iddiası yer ala bilməz. Doğrudur, Ankara Bakı qədər bunda təkid eləmir. Qardaş ölkə rəhbərliyi Ermənistanla sərhədlərin açılmasını yalnız Azərbaycanla sülh müqaviləsinin imzalanmasına bağlayır. Əsas şərt bu.
Məntiqlidir. Çünki Ermənistan Türkiyəyə savaş açmaq cəsarətinə sahib deyil, olmayıb, heç vaxt olmayacaq. Azərbaycanla isə bir neçə müharibə olub deyə, Bakının haqqıdır ki, İrəvan qarşısında ərazi iddiası ilə bağlı bəndin konstitusiyadan çıxarılması tələbini qoysun. Daha bir səbəbə: biz Paşinyan hökuməti ilə yox, erməni xalqı ilə sülh anlaşması istəyirik. Yalnız ondan sonra paraflanmış sənədin imzalanması, sərhədlərin və kommunikasiyaların açılması, diplomatik əlaqələrin qurulması mümkündür.
Bütün hallarda seçim erməni xalqınındır. Diqqətçəkicidir ki, son illər bu ölkədə hakimiyyətlə yanaşı, cəmiyyətdə də iki əsas qonşu ilə əlaqələrin normallaşması zərurəti daha yaxşı dərk olunmaqdadır. Bu ovqatı gücləndirən həm də Rusiya amilinin 30 ildə Ermənistana rifah və təhlükəsizlik zəmanətləri qura bilməməsi ilə bağlıdır...
Politoloq Elxan Şahinoğluya görə, sülh sazişinin bu ilin sonunadək Türkiyədə imzalanması ehtimalı artıb və Ankara da bunda maraqlıdır. Sitat: “Ermənistan rəsmiləri Türkiyədə müxtəlif konfranslarda iştirak edir, ikili görüşlərdə türkiyəli həmkarlarıyla əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edirlər. Nikol Paşinyan da son açıqlamalarının birində iki ölkə arasında hərtərəfli əməkdaşlığa başlamaq üçün münbit şəraitin yetişdiyini deyib. Gündəmdə iki ölkə arasında sərhədin açılması mövzusu da var. Bu məsələ Ankara ilə Bakı arasında koordinasiya edilir”.
Keçən həftə Parlamentlərarası İttifaqın İstanbulda keçirilən toplantısında Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşdə Türkiyə parlamentinin sədri Numan Qurtulmuş Ermənistana Türkiyə-Gürcüstan-Azərbaycan formatına daxil olmağı təklif edib. “Simonyan təklifdən məmnun qaldığını gizlətməyib. Bu gedişatı nəzərə alaraq, sülh sazişinin Ankara və ya İstanbulda imzalanması hamı üçün faydalı olar”, - politoloq əlavə edib...
Təxminən iki həftə sonra – mayın 4-də isə İrəvanda ilk dəfə Avropa Siyasi Birliyinin sammiti keçiriləcək. Tədbirə Türkiyə və Azərbaycan liderləri də dəvətlidir. Lakin İlham Əliyevin Ermənistana səfəri əleyhinə arqument indilikdə kifayət qədər çox olsa da (biri sülh müqaviləsinin imzalanmamasıdır), Ərdoğan İrəvana gedə bilər.
Bu, artıq iki dəfə Türkiyədə səfərdə olmuş Nikol Paşinyanın “real Ermənistan” və “qonşularla sıfır problem” narrativinə tam uyğundur. Eyni zamanda, kritik seçkilər öncəsi ona və partiyasına əlavə siyasi xallar gətirə bilər. O halda Bakı ilə sülh sənədinin qardaş məmləkətdə imzalanma ehtimalı bir qədər də artacaq. Təbii ki, erməni toplumu buna əngəl olacaq daxili-xarici amilləri, özəlliklə Rusiya faktorunu neytrallaşdırmağı bacarsa. İyunun 7-də qəti şəkildə Paşinyanla “YOLA DAVAM!” desə...musavat.com
Digər xəbərlər
Xəbər lenti
22:11
16-09-2026
16-09-2026
21:48
16-09-2026
16-09-2026
21:18
16-09-2026
16-09-2026
20:43
16-09-2026
16-09-2026
20:33
16-09-2026
16-09-2026
19:44
16-09-2026
16-09-2026
19:14
16-09-2026
16-09-2026
18:51
16-09-2026
16-09-2026
18:31
16-09-2026
16-09-2026
18:21
16-09-2026
16-09-2026
17:49
16-09-2026
16-09-2026
17:33
16-09-2026
16-09-2026
17:17
16-09-2026
16-09-2026
16:53
16-09-2026
16-09-2026
16:00
16-09-2026
16-09-2026
15:46
16-09-2026
16-09-2026
15:30
16-09-2026
16-09-2026
15:17
16-09-2026
16-09-2026
15:00
16-09-2026
16-09-2026
14:29
16-09-2026
16-09-2026
14:22
16-09-2026
16-09-2026
14:11
16-09-2026
16-09-2026
13:20
16-09-2026
16-09-2026
13:11
16-09-2026
16-09-2026
12:24
16-09-2026
16-09-2026
12:20
16-09-2026
16-09-2026
Ən çox baxılanlar
Sahibkarlıq
Bostandan Bazara Gedən Məhsulun Keyfiyyəti Tarlada Formalaşır
16-09-2026 22:11
/
162
Əkin Sahəsində Atılan Hər Düzgün Addım Yığımda Öz Qarşılığını Verir
16-09-2026 21:48
/
162
Fermerin Ən Böyük Kapitalı Məhsuldarlığını Qoruyan Torpaqdır
16-09-2026 21:18
/
162
Bağların Bərəkəti Ağacların Mövsüm Boyu Aldığı Qayğı ilə Ölçülür
16-09-2026 20:43
/
162
Tərəvəz Sahələrində Sağlam Məhsul Düzgün Becərmədən Başlayır
16-09-2026 20:33
/
153
Bostançılıqda Təcrübə ilə Müasir Yanaşma Birlikdə Daha Çox Bərəkət Yaradır
16-09-2026 20:16
/
162








































