Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Kiyevdən Ankaraya ilginc təklif: Zelenski ilə Putinin görüşünü təşkil et

Baxış: 72
Kiyevdən Ankaraya ilginc təklif: Zelenski ilə Putinin görüşünü təşkil et


Rəsmi Kiyev Ukrayna Prezidenti Vladimir  Zelenski ilə Rusiya Prezidenti Vladimir  Putin arasında görüş keçirilməsi üçün Ankaraya müraciət edib.

Bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa deyib.
Ukraynalı nazir Sibiqa  əlavə edib ki,  Kiyev Zelenski ilə Putin arasında  görüşün Türkiyədə təşkil edilməsi istəyir.

Ukraynalı nazir onu da əlavə edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə tarixi bir zirvə görüşü planlaşdırdırılır: 

"Biz Türkiyəyə müraciət edərək, Prezident Zelenski ilə Putin arasında, Prezident Ərdoğan və Trampın potensial iştirakı ilə görüş keçirmək imkanını nəzərdən keçirdik. Biz bu görüşə hazırıq. Yeganə problem Putindir. Ukrayna Prezidenti də belə bir görüşə hazırdır. Biz bu müharibəyə son qoymaq istəyirik. Bizim effektiv təkliflərimiz var. Türkiyənin sülh prosesinin sürətləndirilməsində və ona töhfə verməsindəki roluna ümid edirik".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.