Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Hakan Fidan: Ankara Zəngəzur dəhlizinin açılması üçün Brüssellə sıx işləyir

Baxış: 99
Hakan Fidan: Ankara Zəngəzur dəhlizinin açılması üçün Brüssellə sıx işləyir


İrəvan və Bakının sülhün əldə olunmasında səmimi olduğunu görürük.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

"Hər iki tərəfin səmimi olduğunu görürük. Azərbaycanın bağlayacağı sülh müqaviləsi region xalqları üçün mühüm sabitliyə yol açacaq", - nazir Fidan deyib.

 Nazir bildirib ki, yekun razılaşmanın imzalanması və Ermənistan-Türkiyə və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə iqtisadi və enerji təhlükəsizliyində əhəmiyyətli nəticələr gözlənilir. Zəngəzur dəhlizi Türkiyə üçün regional əlaqələrin gücləndirilməsi

baxımından çox vacibdir.
"Bu məsələ ilə bağlı Avropa İttifaqı ilə sıx əlaqə saxlayırıq. Sülh müqaviləsi imzalandıqdan sonra regionda əhəmiyyətli və müsbət inkişaflar olacaq", - Hakan Fidan vurğulayıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.