Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Macar faktoru: regionda güc balansı yenidən qurulur

Baxış: 81
Macar faktoru: regionda güc balansı yenidən qurulur


Macarıstan hakimiyyət dəyişikliyi ilə yeni bir siyasi dövrə qədəm qoyur. Peter Macarın müxalifət namizədi olaraq qalib gəlməsi fonunda qarşıdakı dövrdə ölkənin xarici siyasi xəttində hansı dəyişikliklərin olacağı təbii ki, ilk növbədə Macarıstanla strateji müttəfiqlik əlaqələrinə malik Azərbaycanı da narahat edir”.

Bu fikirləri Musavat.com-a şərhində beynəlxalq münasibətlər üzrə ekspert Şəhla Cəlilzadə bildirib. O, qeyd edib ki, Macarıstanın Aİ, Rusiya və ABŞ ilə münasibətlərinin yeni dövrdə hansı istiqamətdə inkişaf edəcəyi də maraq doğurur: “Bu suallara cavab tapmaq üçün ilk növbədə vurğulamaq lazımdır ki, Macar 20 il keçmiş hakim Fidesz Partiyasının üzvü olub, yalnız 2024-cü ildən sonra müxalifətə (bundan sonra iqtidar olacaq Tisza Partiyasına) keçib. Tisza Partiyası isə 2020-ci ildə Fideszdən ayrılan bir qrup siyasətçinin təşəbbüsü ilə formalaşdırılıb. Başqa sözlə, Macar klassik müxalifətdən gəlmir. O bir çox məqamlarda Fideszin xəttini davam etdirməklə yanaşı, Avropa ilə Macarıstanın son illərdə gedərək gərginləşən münasibətlərini bərpa etməyə xidmət edəcək balanslaşdırıcı siyasi fiqur xarakteri bağışlayır. Bu konteksdən yanaşdıqda Macarıstanın strateji xəttində əsas məqamların qorunacağını ehtimal etmək olar. Məsələn, Macar artıq bəyan edib ki, Ukraynanın Aİ-yə dərhal (sürətləndirilmiş qaydada) üzvlüyünə qarşıdır. Bu, Macarıstanın Ukrayna mövzusunda sərt xəttinin bu və ya digər dərəcədə davam edəcəyinə işarədi.

Ş.Cəlilzadənin fikrincə, Türk Dünyası və Azərbaycan ilə münasibətlərin qorunacağını da ehtimal etmək olar: “Avropanın, xüsusilə Rusiya-Ukrayna müharibəsi və İranda Hörmüz boğazı kontekstində yaşananlar fonunda enerji təhlükəsizliyinin qorunması üçün Mərkəzi Asiyanın zəngin resurslarına ehtiyacı daha da artacaq. Macarıstan Türk Dünyası və Azərbaycanla strateji münasibətlərini məhz tərəflər arasında əlaqələrin inkişafına yönəldə bilər. Bu mənada Macarıstanın TDT ilə əməkdaşlıqda itirəcəyi birşey yoxdur. Düzdür ki, Avropa İttifaqı daxilində erməniyönlü qüvvələr Orbanı xüsusilə Şuşadakı qeyri-rəsmi TDT sammitinə qatıldığına görə, o cümlədən Azərbaycana qarşı bir sıra çağırışlara və s. qərarlara veto qoyduğuna görə ciddi şəkildə hədəfə almışdılar. Odur ki, yeni dövrdə yeni baş nazirin daha ehtiyatlı davranışlarını müşahidə edə bilərik. İstənilən halda əvvəlki səviyyədə münasibətlərin davamı ikitərəfli təmaslardan asılı olacaq. Məsələn, Ermənistan baş naziri Paşinyan fürsəti dəyərləndirərək Macarı seçilməsi münasibətilə artıq təbrik edib.

Son olaraq, Macarın Macarıstanın milli siyasətini müəyyən dərəcədə qorumağa çalışarkən Avropa ilə siyasi xəttin əvvəlkindən daha çox uzlaşdırılmasına diqqət yetirəcəyi şübhəsizdir”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.