Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Orban parlament seçkilərində partiyasının məğlubiyyətini etiraf edib

Baxış: 63
Orban parlament seçkilərində partiyasının məğlubiyyətini etiraf edib


Macarıstanın Baş naziri Viktor Orban parlament seçkilərində partiyasının məğlubiyyətini etiraf edib.

"Bu barədə Macarıstan hökumətinin başçısı öz müraciətinin yayımı zamanı bildirib.

Orban bildirib ki, hakim siyasi qüvvə səsvermənin yekunlarına görə məğlub olub.

Səslərin 53,45%-nin işlənməsindən sonra "Tisa" Macarıstandakı parlament seçkilərində ilkin olaraq liderlik edir və parlamentdəki 199 yerdən 136-nı qazanır. "Fides" – "Xristian-Demokratik Xalq Partiyası" alyansı 56 yer qazanır, ifrat sağçı "Bizim Vətən"in isə yeddi yeri var.

Orban həmçinin səslərin sayılmasının başa çatmasını gözləmədən müxalif "Tisa" partiyasının lideri Peter Madyarı parlament seçkilərindəki qələbəsi münasibətilə təbrik edib.

Bu barədə Madyar özünün sosial şəbəkə hesablarında məlumat verib.

"Baş nazir Viktor Orban indicə bizi telefonla qələbə münasibətilə təbrik edib", - o yazıb.

Qeyd edək ki, Macarıstandakı parlament seçkilərində ölkə tarixində rekord səviyyədə seçici fəallığı qeydə alınıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.