Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ağ Evdən Tehrana sərt cavab: Hörmüz boğazı açılmadan atəşkəs olmayacaq

Baxış: 45
Ağ Evdən Tehrana sərt cavab: Hörmüz boğazı açılmadan atəşkəs olmayacaq


Gəmilər Hörmüz boğazından sərbəst keçə bilməyincə, ABŞ İranla atəşkəs şərtlərinə əməl etməyəcək.

Bunu ABŞ-ın vitse-prezidenti C.D. Vens  İranın İsrailin Beyruta genişmiqyaslı hücumu ilə əlaqədar olaraq Hörmüz boğazını bağlaması  qərarını şərh edərkən deyib.

Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian İsrailin Livana hücumundan sonra neft tankerlərinin Hörmüz boğazından keçməsinin dayandırıldığını bildirib. 
Vens bildirib ki, atəkəs razılaşamasına əsasən bir Hörmüz boğazının açılmasını təklif edirik. “Boğaz açılamalıdır. Əgər biz bunun baş verəcəyini görməsək, iranlılar öz şərtlərinə əməl etməsələr, prezident bizim şərtlərimizə əməl etməyəcək", - o qeyd edib. 

Ağ Evin sözçüsü Karolin Livitt isə bəyan edib ki, Hörmüz boğazının yenidən bağlanması qəbuledilməzdir. "Hörmüz boğazının bağlanması tamamilə qəbuledilməzdir. Bu gün boğazda nəqliyyat axınında artım müşahidə etdik. Prezident Trampın Hörmüz boğazının dərhal, sürətli və təhlükəsiz şəkildə yenidən açılması ilə bağlı gözləntilərini və tələblərini bir daha təkrarlayıram".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.