
Hörmüz boğazından keçən gəmilərdən 2 milyon dollar rüsum tutulacağı təqdirdə, İranın bu keçiddən əldə edəcəyi illik gəlir ən azı 64 milyard dollara çata bilər.
Bu barədə İranın İRIB dövlət teleradio şirkətinin rəhbər müavini Həsən Abedini bildirib.
"Hörmüz boğazı İranın ağlabatan idarəçiliyi altında olan bir dəhlizə çevrilib. Ötən il boğazdan 32 min gəminin keçdiyini və hər birindən 2 milyon dollar tutulduğunu nəzərə alsaq, İran təxminən 64 milyard dollar əldə edə bilər", — deyə o, dövlət televiziyasının efirində bildirib.





































