Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Hindistanlılar Rusiyaya səfərdən imtina edirlər

Baxış: 27
Hindistanlılar Rusiyaya səfərdən imtina edirlər


Hindistandan olan turistlər Yaxın Şərqdə baş verən gərginlik və Fars körfəzi ölkələri üzərindən tranzit uçuşların mümkünsüzləşməsi səbəbindən Rusiyaya səfərlərdən imtina edirlər. Bu barədə “Vesti Kavkaza” nəşri yazır.
Rusiya Turoperatorları Assosiasiyasının (ATOR) məlumatına görə, regiondakı vəziyyət və bir sıra hava limanlarının bağlanması Hindistan turistlərinin Rusiyaya planlaşdırdıqları turları ləğv etməsinə səbəb olub.
“İnturist” şirkətində bildirilib ki, böhran başlayan kimi ləğvlər dalğası müşahidə olunub və bu proses hələ də davam edir. “Tari Tur” şirkəti də oxşar vəziyyətlə üzləşib. BƏƏ üzərindən uçmağı planlaşdıran Hindistandan üç turist qrupu mart ayı üçün nəzərdə tutulan səfərlərini ləğv edib”, — deyə ATOR-dan bildirilib.
Adətən Asiyadan olan turistlər Rusiyaya Fars körfəzi üzərindən gedirlər. Lakin hazırkı geosiyasi vəziyyət səbəbindən bu marşrutlar əlçatan deyil.
Eyni problem BƏƏ üzərindən Hindistan, Tayland və Vyetnama səfər edən rusiyalı turistlər üçün də yaranıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.