Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qətər iranlı diplomatların 24 saata ölkəni tərk etməyi tələb etdi

Baxış: 63
Qətər iranlı diplomatların 24 saata ölkəni tərk etməyi tələb etdi


Qətər Xarici İşlər Nazirliyi İranın hərbi və təhlükəsizlik attaşelərinə və onların əməkdaşlarına 24 saat ərzində ölkəni tərk etmələrini əmr edib.

BBC xəbər verir ki, bu barədə Qətər XİN-dən verilən açıqlamada deyilir: “Həm hərbi attaşe, həm də səfirliyin təhlükəsizlik attaşesi, eləcə də işçi heyəti arzuolunmaz şəxs elan edilib və biz onların ölkəni maksimum 24 saat ərzində tərk etmələrini tələb edirik”.
Bu, İranın neft və qaz obyektlərinin yerləşdiyi Ras Laffan sənaye mərkəzinə hücumundan sonra baş verib.

Qətər hakimiyyəti əvvəllər Ras Laffana edilən hücumun milli təhlükəsizliyə birbaşa təhdid olduğunu bildirib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.