Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Makron: “Biz Yaxın Şərq münaqişəsində iştirak etmirik”

Baxış: 45
Makron: “Biz Yaxın Şərq münaqişəsində iştirak etmirik”


Fransa Prezidenti Emmanuel Makron Yaxın Şərqdə davam edən hərbi gərginlik fonunda ölkəsinin mövqeyini açıqlayıb. Bildirib ki, Fransa hazırda davam edən münaqişədə iştirak etmir.

O, bu bəyanatı Fransanın nüvə enerjisi ilə işləyən “Charles de Gaulle” təyyarədaşıyan gəmisinin göyərtəsində səsləndirib.

Dövlət başçısı daha əvvəl açıqlamışdı ki, Fransa bölgəyə əlavə hərbi qüvvələr göndərmək qərarına gəlib. Onun sözlərinə görə, regiona səkkiz freqat, iki amfibiya helikopterdaşıyan gəmi və “Charles de Gaulle” təyyarədaşıyan gəmisi yerləşdiriləcək.

Makron bunun məqsədinin bölgədə təhlükəsizliyin qorunması və vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq olduğunu vurğulayıb.(bizim.media)

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.