
Gecə saatlarında İsrailin kəşfiyyat xidməti “Mossad”ın xüsusi təyinatlı dəstəsi ilə birlikdə İran ərazisinə daxil olub.
Bu barədə "Əl-Ərəbiyyə" məlumat yayıb.
"Mossad xüsusi təyinatlıları dünən gecə İrana daxil olub", - deyə hesabatda bildirilir.Başqa heç bir təfərrüat verilməyib.
Xatırladaq ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyata başlayıblar. Zərbələr İranın paytaxtı Tehranı və ölkənin ən böyük şəhərlərini hədəf alıb. Zərbələrdən dərhal sonra İslam İnqilabı Keşikçiləri Korpusu genişmiqyaslı cavab əməliyyatı elan edib.






























