
“Azərbaycan dövləti və xalqına minnətdaram ki, bu çətin dövrdə özünün rəsmi və qeyri-rəsmi mesajları ilə dəstəyini nümayiş etdirib”.
Oxu.az xəbər verir ki, bu sözləri İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu mətbuat konfransında deyib.
“Bu bizim mədəniyyətimizin bir hissəsidir. Buna görə təşəkkür edirik. Biz hər zaman inanmışıq və Azərbaycan da ən ali şəkildə mövqeyini bəlli edib ki, onun ərazisindən İrana qarşı heç bir hücum təşkil edilməyəcək” - səfir əlavə edib.






































