ABŞ-Türkiyə "gizli sövdələşmə"si Rusiyanı vurur: Ağ Ev geri çəkilir, Ankara “terror dəhlizi”ni çökdürür
Tarix: Bu gün, 09:00
/
Baxış: 36
Suriya artıq “klassik vətəndaş müharibəsi” mərhələsindən çıxarılaraq, “razılaşdırılmış sabitlik” modelinə keçirilir və ABŞ-Türkiyə-Rusiya üçbucağında rəqabətin yeni istiqamətlər aldığı geopolitik məkana çevrilir... ABŞ bu ölkədə birbaşa hərbi iştirakını məhdudlaşdırır, Türkiyə milli təhlükəsizlik prioritetlərini təmin edir, Rusiya isə yeni qüvvələr balansında tədricən itirməkdə olduğu mövqelərini qorumağa çalışır...
Suriya böhranının tamamilə nizamlanması iqtiqamətində kifayət qədər ciddi addımlar atılmaqda davam edir. Hətta bəzi Qərb siyasi dairələri Yaxın Şərqdə önəmli geopolitik maraqları olan dövlətlərin Suriya ilə bağlı qeyri-rəsmi anlaşmaya nail olduqlarını iddia edirlər. Və bu, onu göstərir ki, Suriya böhranı nüfuzlu dövlətlərin arasında yalnız ziddiyyətlərə deyil, həm də ortaq maraqlara bağlı faktordur.
Onu da qeyd etmək lazımdır ki, bir müddət öncə ABŞ prezidenti Donald Tramp Suriya lideri Əhməd əl-Şaraa barədə danışarkən, “onu faktiki olaraq, mən hakimiyyətə gətirdim” deyib. Yəni, Ağ Ev sahibi məhz Suriyanın indiki liderinin ABŞ tərəfindən dəstəkləndiyinə yönəlik dolayısı mesaj verib. Və buna paralel olaraq, terrorçu PKK-nın Suriya qanadı olan SDQ-nin tədricən silahlarını təhvil verməsi bu ölkədə yeni mərhələnin başlandığını göstərir.
Eyni zamanda, Ağ Evin Suriyadakı ABŞ hərbi bazalarını mərhələli şəkildə azaltmağa başlaması isə regionda güc balansını köklü şəkildə dəyişə biləcək strateji dönüş prosesi kimi görünür. Belə ki, bu prpses artıq yalnız Suriyanın ölkədaxili sabitliyi ilə bağlı deyil. Çünki hazırda Suriya məkanı ABŞ-Türkiyə-Rusiya üçbucağında yeni geopolitik konfiqurasiyanın formalaşmasına uyğun durumdadır.
Digər tərəfdən, Suriyanın yenidən bərpa olunması prosesi ABŞ-ın Tramp administrasiyasının hakimiyyətə gəlişinə qədər yürütdüyü siyasətin də artıq ciddi şəkildə dəyişdiyini göstərir. Belə ki, Bayden administrasiyasi dönəmində terrorçu PKK/YPG ABŞ-ın Suriyadakı əsas müttəfiqi sayılırdı. ABŞ terrorçu PKK/YPG-ni maliyyələşdirirdi, silah-sursat və hərbi texnika ilə təmin edirdi, təlimlər keçirdi. Ancaq Tramp administrasiyasının PKK/YPG-yə dəstəyi və himayəni dayandırması, indi bu terrorçu təşkilatı hərbi texnikanı Suriya Müdafiə Nazirliyinə təhvil vermək məcburiyyətində buraxıb.
Təbii ki, bütün bunlar Türkiyənin geostrateji maraqlarına tamamilə uyğundur. Belə ki, Türkiyənin milli təhlükəsizlik maraqlarını təhdid edən terrorçu PKK/YPG faktiki olaraq, artıq ləğv olunmaq ərəfəsindədir. Bəzi Qərb dövlətlərinin Suriya ərazisində məhz PKK/YPG vasitəsilə terror dövlətinin qurulmasına yönəlik reallaşdırmağa çalışdıqları “layihə” demək olar ki, iflasa uğramaq üzrədir. Və buna paralel olaraq, Suriyanın unitar dövlət modeli də yenidən bərpa edilməyə başlayıb.
Göründüyü kimi, Türkiyənin təhlükəsizlik narahatlıqlarına ABŞ tərəfindən həssaslıqla yanaşılması, rəsmi Ankara və Ağ Ev arasındakı münasibətləri sabitləşdirmək məqsədi daşıyan kompromis addım təsiri bağışlayır. Digər tərəfdən, Ağ Evin Suriyada artıq ləğv etməyə başladığı ABŞ hərbi bazaları əsasən bu ölkənin şimal-şərqində, yəni, neft yataqları və strateji nəqliyyat-kommunikasiya xətlərinə yaxın zonalarda yerləşirdi. İndi isə həmin hərbi bazaların fəaliyyəti mərhələli şəkildə dayandırılır və hərbi qüvvələrin ciddi ixtisarı ilə bağlı proses də sürətlənib.
Əslində, Tramp administrasiyasının yeni Suriya ABŞ üçün də kifayət qədər ciddi üstünlüklər qazandırır. Belə ki, Ağ Ev Suriyada gedən proseslərə “uzaqdan nəzarət” modeli üzrə müdaxilə etmək niyyətindədir. Yəni, ABŞ artıq birbaşa hərbi iştirak əvəzinə siyasi və strukturlaşmış təsir mexanizmlərinə üstünlük verir. Digər tərəfdən, Ağ Ev ABŞ-ın daşıdığı məsuliyyəti qismən rəsmi Dəməşqin və Türkiyənin üzərinə də ötürmüş olur. Və bu baxımdan, əsas geostrateji hədəflərini tədricən Asiya-Sakit okean məkanına yönəldən ABŞ üçün Suriyada uzunmüddətli hərbi mövcudluq artıq prioritet deyil.
Türkiyə isə son baş verənlər sayəsində həm milli təhlükəsizlik maraqlarını təmin edir, həm də kifayət qədər ciddi siyasi-diplomatik üstünlük qazanmış olur. Belə ki, rəsmi Ankara üçün əsas məsələ sərhəd təhlükəsizliyi və terrorçu PKK/YPG ilə bağlı risklərin neytrallaşdırılması idi. İndi PKK/YPG-nin silahlarını təhvil verməsi isə Türkiyənin onilliklərdən bəri reallaşdırmağa çalışdığı geostrateji modelə böyük ölçüdə uyğun gəlir. Və ən əsasısa, bu konfiqurasiyada Türkiyə ABŞ-la maraq toqquşmasından yayınmaqla yanaşı, həm də Suriya daxilində siyasi proseslərə təsir imkanlarını da qoruyub, saxlayır.
Nəhayət, bütün bu baş verənlər Suriyada uzun illər ərzində əsas xarici hərbi aktor olan Rusiya üçün daha mürəkkəb nəticələr doğura bilər. Devrilmiş diktator Bəşər Əsədin hakimiyyəti dönəmində Rusiya Suriyada hərbi və siyasi üstünlük qazanmışdı. Ancaq əgər, regionda yeni geopolitik arxitektura ABŞ-Türkiyə ortaqlığı ilə qurulursa, deməli, Rusiyanın Suriyadakı təsir dairəsinin məhdudlaşması da qaçılmaz xarakter daşıyır.
Belə anlaşılır ki, Suriya artıq “klassik vətəndaş müharibəsi” mərhələsindən çıxarılaraq, “razılaşdırılmış sabitlik” modelinə keçirilir. Bunun nəticədə isə Suriyada açıq qarşıdurma mərhələsini əvəz edən yeni geopolitik qüvvələr balans formalaşır. Və bu, ABŞ-Türkiyə ortaqlığı sayəsində koordinasiya olunmuş geopolitik keçid mərhələsinin artıq başlandığı anlamına gəlir.Yeni Müsavat
Beləliklə, Suriya ABŞ-Türkiyə-Rusiya üçbucağında rəqabətin yeni istiqamətlər aldığı geopolitik məkana çevrilir. ABŞ bu ölkədə birbaşa hərbi iştirakını məhdudlaşdırsa da, Suriyanın yeni şərtlər çərçivəsində bərpa olunması prosesinə siyasi təsirini saxlayır. Türkiyə milli təhlükəsizlik prioritetlərini təmin etməklə yanaşı, həm də ABŞ-la ortaq geostrateji ssenarinin müəllifinə çevrilir. Rusiya isə yeni qüvvələr balansında tədricən itirməkdə olduğu mövqelərini qorumağa çalışır. Və bu baxımdan, Suriya artıq Yaxın Şərqin yeni geopolitik arxitekturası üçün “sınaq laboratoriyası” rolunu oynamağa başlayıb.
Digər xəbərlər
Xəbər lenti
11:11
28-02-2026
28-02-2026
11:00
28-02-2026
28-02-2026
10:22
28-02-2026
28-02-2026
10:11
28-02-2026
28-02-2026
10:08
28-02-2026
28-02-2026
09:39
28-02-2026
28-02-2026
09:24
28-02-2026
28-02-2026
09:00
28-02-2026
28-02-2026
22:11
27-02-2026
27-02-2026
21:48
27-02-2026
27-02-2026
21:18
27-02-2026
27-02-2026
20:43
27-02-2026
27-02-2026
20:33
27-02-2026
27-02-2026
20:16
27-02-2026
27-02-2026
19:44
27-02-2026
27-02-2026
19:34
27-02-2026
27-02-2026
19:14
27-02-2026
27-02-2026
18:51
27-02-2026
27-02-2026
18:31
27-02-2026
27-02-2026
18:21
27-02-2026
27-02-2026
17:49
27-02-2026
27-02-2026
17:33
27-02-2026
27-02-2026
17:17
27-02-2026
27-02-2026
17:11
27-02-2026
27-02-2026
16:53
27-02-2026
27-02-2026
16:23
27-02-2026
27-02-2026
15:46
27-02-2026
27-02-2026
Ən çox baxılanlar
Sahibkarlıq
Meyvə–tərəvəz əkinçiliyi ilə qurulan dayanıqlı kənd biznesi
27-02-2026 22:11
/
90
Bağ məhsullarında risk və qazanc balansı
27-02-2026 21:48
/
90
Meyvə və tərəvəz əkinində bazar analizi
27-02-2026 21:18
/
90
Kənd təsərrüfatında məhsul brendləşməsi
27-02-2026 20:43
/
99
Tərəvəz satışında düzgün qiymət balansı
27-02-2026 20:33
/
81
Meyvə istehsalında mövsüm planlaması
27-02-2026 20:16
/
99































