Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İran lideri öləcəyi təqdirdə plan hazırlatdırır - NYT

Baxış: 54
İran lideri öləcəyi təqdirdə plan hazırlatdırır - NYT


İranın ali rəhbəri Ayətullah Əli Xamenei ABŞ ilə hərbi münaqişə zamanı sui-qəsd və ölkənin idarəetmə sistemində mümkün pozuntu halında fövqəladə hallar planının hazırlanması barədə göstəriş verib.

Bu haqda “The New York Times” altı yüksək vəzifəli İran rəsmisinə istinadən yazır.

Yanvarın əvvəlində İranın etirazları və ABŞ-nin zərbə təhlükəsi ilə üzləşdiyi bir vaxtda Ali Rəhbər ölkəyə rəhbərlik etmək üçün müttəfiqi Əli Laricaniyə müraciət edib. NYT-nin qeyd etdiyi kimi, o vaxtdan İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş komandanı və Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri 67 yaşlı Laricani faktiki olaraq İranı idarə edir.

Nəşrin yazdığına görə, Xamenei şəxsən təyin etdiyi hərbi komandanlıq və hökumət vəzifələrinin hər biri üçün dörd varislik səviyyəsini müəyyən edən bir sıra direktivlər verib. O, bütün rəhbər vəzifələrdə olanlara dörd nəfərə qədər varis təyin etməyi tapşırdı və onunla əlaqənin kəsilməsi və ya ölümü halında qərar qəbul etmək üçün məsuliyyətləri etibarlı şəxslərin kiçik bir dairəsinə həvalə etdi.(qafqazinfo)

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.